Quba rayon mədəniyyət evində Quba Dağ Yəhudiləri Dini İcması
28 aprel 2013-cü il tarixdə saat 11-00-da Quba rayon mədəniyyət evində Quba Dağ Yəhudiləri Dini İcmasının sədri Boris Simanduyevin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, millət vəkili Yevda Abramov, BDU-nun müəllimi, akademik Vasim Məmmədəliyev, Bakı şəhər Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Belorusun ölkəmizdəki səfiri Nikolay Patskeviç, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko, STMEGİ xeyriyyə təşkilatının nümayəndəsi və Boris Simanduyevin Rusiya, Kanada, İsrail və başqa xarici ölkələrdən olan və Bakı şəhərindən şəxsi qonaqları iştirak etmişdir. Tədbirdən sonra “Quba” istirahət mərkəzində ziyafət təşkil olunmuşdur.