Quba şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərində, ictimai-iaşə müəssisələrində, turizm obyektlərində, restoranlarda növbəti reydlər keçirilmişdir.
3 sentyabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin və koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə yaradılmış rayon Qərargahının digər üzvlərinin iştirakı ilə Quba şəhərində fəaliyyət göstərən ticarət mərkəzlərində, ictimai-iaşə müəssisələrində, apteklərdə, turizm obyektlərində, restoranlarda reydlər keçirilmiş, əhalinin daha çox toplaşdığı yerlərdə maarifləndirmə və izahat işləri aparılmış, sahibkarlara və vətəndaşlara xüsusi karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyi bir daha izah olunmuşdur. Quba rayonunun bütün yaşayış məntəqələrində reydlər və mobil qruplar tərəfindən maarifləndirmə və izahat işləri davam etdirilir.