Quba rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir.
16 oktyabr 2020 | 16:00
Quba rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Həmin tədbirlər çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Quba şəhərində əhalinin daha çox toplaşdığı Quba avtovağzalında, o cümlədən bir sıra ticarət və ictimai-iaşə obyektlərində, ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirmə və izahat işləri aparmış, əhalini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırmışlar.