Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 noyabr 2020-ci il tarixdə xalqa müraciət edərək Qələbə müjdəsini verməsi qubalılara da sonsuz fərəh və sevinc hissləri yaşatmışdır.

11 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 noyabr 2020-ci il  tarixdə xalqa müraciət edərək Qələbə müjdəsini verməsi qubalılara da sonsuz fərəh və sevinc hissləri yaşatmışdır.
30 ildir davam edən Dağlıq Qarabağ müharibəsinin bitməsini, Ermənistanın xalqına boş vədlər verən "lider"inin təslim olub müharibəyə son qoymağa məcbur olmasını eşidən Quba sakinləri əldə olunan zəfəri böyük sevgi, sevinc, qürur və coşqu ilə qarşılayıblar. Üç rəngli dövlət bayrağı ilə bəzədilmiş avtomobillərlə yürüş edərək, "Qarabağ bizimdir!", "Qarabağ Azərbaycandır!", "Yaşasın İlham Əliyev!", "Azərbaycanın müzəffər ordusuna eşq olsun!" - deyə gur səslərlə çağırış edən iştirakçılar Quba şəhərinin bütün küçələrini dolaşıblar.
Müzəffər ordumuzun bu şanlı qələbəsi münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və digər rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsini, Şəhidlər Xiyabanındakı şəhid məzarlarını ziyarət etmiş, onların önünə gül dəstələri düzmüş və şəhid ailələri ilə görüşmüşlər.

 

 

 

Keçidlər