Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Quba şəhərində növbəti reyd keçirilmişdir
25 noyabr 2020 | 16:00
25 noyabr 2020-ci il tarıxdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayon üzrə Operativ Qərargahın üzvləri ilə birlikdə Koronavirus pandemiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə növbəti dəfə əhalinin daha çox olduğu yerlərdə, eləcə də apteklərdə və ərzaq mağazalarında reydlər keçirmiş, vətəndaşların sərtləşdirilmiş karantin rejiminin tələblərinə əməl etmələri məqsədilə maarifləndirmə və izahat işləri aparmışlar.