11 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev videomüşavirə keçirmişdir.
11 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Qərarından irəli gələn vəzifələrə həsr olunmuş videomüşavirə keçirmişdir. Videomüşavirədə Quba rayonunda koronavirus infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə tədbirlərin gücləndirilməsi barədə aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmişdir. Videomüşavirədə bir sıra vacib məsələlər də geniş müzakirə edilmişdir.