Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev növbəti videomüşavirə keçirmişdir.

02 fevral 2021 | 16:00

2 fevral 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və bir sıra idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videomüşavirə keçirmişdir.
Videomüşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli  Qərarından irəli gələn vəzifələr, eləcə də rayonda görülmüş işlər, hazırda həyata keçirilən və həyata keçirilmməsi nəzərdə tutulan layihələr barədə ətraflı danışılmış, cari məsələlər müzakirə olunmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmişdir.

Keçidlər