Şriftin ölçüsü :

Saytın rəngi :

Sizlərin hər birinizi özünüzün, əzizlərinizin və bütövlükdə xalqımızın sağlam gələcəyi naminə vaksinasiya prosesində fəal iştirak etməyə çağırırıq.

08 fevral 2021 | 16:00

Əziz qubalılar,
Məlum olduğu kimi 19 yanvar 2021-ci il tarixdən etibarən ölkəmizdə koronavirus (COVİD-19)  infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vaksinləşmə prosesi başlamışdır. Bu gündən yəni 08 fevral 2021-ci il tarixdən başlayaraq yaşı 65 və 65-dən yuxarı olan əhalimizə bu qorxulu xəstəliyə qarşı peyvəndlərin vurulmasına başlanmışdır. Peyvəndlənmə tamamilə pulsuzdur, dövlət hesabına həyata keçirilir. Vaksinasiya Quba Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsində yaradılmış vaksinasiya məntəqəsində aparılır.
Vaksinasiya ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış və aşağıda sizə təqdim olunan “covid  peyvəndi üçün randevu götürülməsi təlimatı” ilə tanış olaraq elektron qaydada müraciət edə, qeydiyyata götürülə və növbəli şəkildə vaksinasiya oluna bilərsiniz.
Sizlərin hər birinizi özünüzün, əzizlərinizin və bütövlükdə xalqımızın sağlam gələcəyi naminə vaksinasiya prosesində fəal iştirak etməyə çağırırıq.
http://randevu.its.gov.az/CovidVaccine/OpenDocument
http://randevu.its.gov.az/CovidVaccine/ApplyForm

Keçidlər