Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun Amsarqışlaq və Bağbanlı kəndlərində olmuşdur.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev rayonun Amsarqışlaq və Bağbanlı kəndlərində olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Amsarqışlaq kəndinin bir qrup sakini ilə görüşmüş, kəndin problemləri ilə tanış olmuş, Amsarqışlaq kəndinin yolunun yaxın vaxtlarda yenidən qurulması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev daha sonra Bağbanlı kəndinə gedərək burada əsaslı şəkildə təmir olunan 16 saylı körpələr evi-uşaq bağçasında aparılan işlərlə tanış olmuş, Bağbanlı kəndinin yolunun yaxın vaxtlarda təmir və yenidənqurulması ilə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.