“Xocalıya ədalət”
23 fevral 2021 | 16:00
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 23 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonumuzun ərazisində Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində soyqırım qurbanlarının sayını əks etdirən 613 ədəd ağac əkilmişdir. Ağacəkmə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, digər məsul vəzifəli şəxslər və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.