Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu” mövzusunda tədbir keçirilmişdir.

07 mart 2023 | 18:06

7 mart 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anaları, şəhidlərin həyat yoldaşları və şəhidlərin qız övladları, həmçinin müxtəlif vəzifələrdə çalışan bir qrup fəal qadın iştirak etmişdir. Tədbirin sonunda şəhidlərin analarına, onların həyat yoldaşlarına və qız övladlarına eləcə də tədbirdə iştirak edən digər xanımlara Rayon İcra Hakimiyyəti tərəfindən gül dəstələri və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər