8 Noyabr- Zəfər Günü münasibətilə silsilə tədbirlər davam etdirilir.
08 noyabr 2025 | 16:19
8 noyabr 2025-ci il tarixdə Zəfər Gününün beşinci ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi, daha sonra şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə rayonunun Şəhidlər Xiyabanı ziyarət olunmuşdur.
Ardınca rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Zəfər Günü münasibətilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etmişlər.
Qeyd edək ki, rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xiyabanının ziyarəti gün ərzində davam etmişdir.








