Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlər göstərmiş Nizami Mövlanovla görüş keçirilmişdir

23 fevral 2021 | 16:00

44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlər göstərmiş Nizami Mövlanovun qısa müddətə valideynlərini ziyarət etmək üçün doğma kəndinə gəlməsi ilə əlaqədar 23 fevral 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Utuq kəndində qəhramanımızla və onun ailə üzvləri ilə görüşmüşdür.
Qeyd edək ki, N.Mövlanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 9 dekabr 2020-ci il tarixli Sərəncama əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, bundan əlavə ölkə başçısının digər Sərəncamları ilə Vətən Müharibəsində qələbə münasibətilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, həmçinin 2019-cu ildə “İgidliyə görə” müdalları ilə də təltif edilmişdir.
N.Mövlanovun qardaşı polkovnik-leytenant Tərlan Mövlanov Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Vətən Müharibəsində qələbə münasibətilə “Azərbaycan Bayrağı” ordeni, “Ağdamın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə, qardaşı oğlu baş leytenant Laçın Mövlanov isə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” müdalları ilə teltif edilmişdir.

Keçidlər