Şriftin ölçüsü :

Saytın rəngi :

Quba şəhərində ikinci vaksinasiya məntəqəsi yaradılmışdır.

01 aprel 2021 | 16:00

Əziz qubalılar,

      Respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuzda da koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiya prosesi uğurla davam etdirilməkdədir.
      Məlum olduğu kimi hazırda yaşı  40 və 40 - dan yuxarı olan əhalinin vaksinasiyası aparılır.
      İndiyədək rayon əhalisinin vaksinasiyası ilə bağlı bir vaksinasiya məntəqəsi  Quba Rayon Mərkəzi Xəstəxanasında təşkil olunmuş vaksinasiya məntəqəsi fəaliyyət göstərirdi. 02 aprel 2021- ci il tarixdən etibarən isə əhalimizin vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə Quba Müalicə - Diaqnostika Mərkəzində vaksinasiya məntəqəsi təşkil olunmuşdur.
         Rayonumuzun Zərdabi, Alekseyevka, Hacıhüseynli, Talabıqışlaq, Vəlvələ və Zərqava İnzibati Ərazi dairələrinin yaşayış məntəqələrinin yaşı 40 və 40-dan yuxarı olan əhalisindən sabahdan, yəni 02 aprel 2021-ci il tarixdən etibarən koronavirus infeksiyasına qarşı peyvənd vurdurmaq üçün Quba Müalicə Diaqnostika mərkəzində təşkil olunmuş vaksinasiya məntəqəsinə müraciət etmələrini xahiş edirik.
        Rayonumuzun digər İnzibati Ərazi Dairələrin əhalisindən isə xahiş edirik ki, əvvəlki qaydada Quba Rayon Mərkəzi Xəstəxanasında təşkil olunmuş vaksinasiya məntəqəsinə müraciət etsinlər.
Əziz həmyerlilər Sizləri bir daha hər birimizin, yaxınlarımızın və ümumilikdə xalqımızın sağlam gələcəyi naminə koronavirus pandemiyası kimi olduqca təhlükəli xəstəliklə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin bütün tələblərinə ciddi riayət etməyə, qoruyucu tibbi maskadan və dezinfeksiyaedici vasitələrdən istifadəyə,  sosial məsafə saxlamağa və vaksinasiya prosesində fəal iştirak etməyə dəvət edirik.

Biz  birlikdə  güclüyük !

Keçidlər