Quba şəhərində Azərbaycan - Türkiyə Qardaşlıq parkı yaradılır.
17 aprel 2021 | 16:00
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində yaradılmaqda olan Azərbaycan - Türkiyə Qardaşlıq parkında aparılan işlərlə yerində tanış olmuş, müvafiq şəxslərlə geniş müzakirələr apararaq, lazımi tapşırıq və tövsiyələrini vermişdir.