Quba rayonunda sahibsiz itlər üçün sığınacaq istifadəyə verildi.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, İsrail Dövlətinin missiya rəhbərinin müavini, Müvəqqəti İşlər Vəkili cənab Doron Pe'er və Azərbaycan Heyvanların Mühafizəsi İctimai birliyinin sədr müavini Fərid Mansurov uzun illər ərzində Quba şəhərinin, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrinin əhalisi üçün ciddi narahatlıq doğuran sahibsiz itlərlə bağlı problemin aradan qaldırılması məqsədilə Quba Rayon İcra Hakimiyyətinin, Quba Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı, eləcə də bir neçə digər təşkilatın köməkliyi ilə yaradılmış və bu gündən etibarən fəaliyyətə başlayan “Sadiq dost” sığınacağındakı şəraitlə ətraflı tanış olmuşlar. Sığınacaqda sahibsiz itlərin saxlanması, onlara diqqət və qayğının göstərilməsi üçün hər cür şərait yaradılmışdır.