Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz qubalılar.

17 may 2021 | 16:00

Məlum olduğu kimi 10 may 2021-ci il tarixdən etibarən respublikamızda yaşı 18-dən yuxarı olan vətəndaşların koronavirus xəstəliyinə qarşı vaksinasiyasına başlanmışdır.
Qeyd olunan yaş kateqoriyasına aid rayon sakinlərindən xahiş edirik ki, Quba rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə - Diaqnostika Mərkəzində fəaliyyət göstərən vaksinasiya məntəqələrinə müraciət edərək özümüzün, yaxınlarımızın və ümumilikdə cəmiyyətimizin sağlamlığı naminə dövlət hesabına həyata keçirilən vaksinasiya prosesində mütəşəkkil qaydada iştirak etsinlər.
Nəzərinizə çatdırırıq ki, əhalimizin vaksinasiyası nə qədər tez başa çatarsa, koronavirus pandemiyası kimi olduqca təhlükəli xəstəliyin  də qarşısı bir o qədər tez alınar.
Biz birlikdə güclüyük !
         Quba rayonu üzrə Operativ Qərargah.

Keçidlər