Biz birlikdə güclüyük!
03 iyun 2021 | 16:00
Əziz qubalılar,
1 iyul 2021-ci il tarixdən etibarən ölkəmizdə COVİD-19 pasportunun (Covid-19 a qarşı peyvənd sertifikatı) tələb ediləcəyini nəzərə alaraq 18 yaşı tamam olmuş və yaşı 18-dən yuxarı olan bütün rayon sakinlərini Quba Rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə-Diaqnostika Mərkəzində fəaliyyət göstərən vaksinasiya məntəqələrinə gələrək koronavirus pandemiyasına qarşı peyvənd vurdurmağa dəvət edirik.
Yüksək anlayışınıza, özünüz, yaxınlarınızın və xalqımızın sağlamlığına göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkürümüzü bildiririk.
Biz birlikdə güclüyük!