Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə!

12 iyul 2021 | 16:00

Yay mövsümü yanğın təhlükəsizliyi məsələsinə daha ciddi şəkildə yanaşmağımızı tələb edir. Bu dövrdə bəzi vətəndaşlarımız tərəfindən biçilmiş taxıl zəmilərinin və digər ərazilərin yandırılması onların özlərinə məxsus torpaq sahələrinə aqrotexniki cəhətdən ağır ziyan vurmaqla yanaşı, yanğın təhlükəsizliyi baxımından da böyük fəsadlara gətirib çıxarır. Nəticədə torpaq sahələrinin münbit təbəqəsi sıradan çıxır, dövlət mülkiyyətinə, vətəndaşların əmlakına, ətraf mühitə və meşə fonduna ciddi zərər dəymiş olur.
Qeyd olunanları nəzərə alaraq bütün əhalimizi yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, sahələri yandırmamağa, baş verə biləcək təhlükələrin qarşısının alınmasına yardımçı olmağa çağırırıq.
Böyük anlayış göstərdiyinizə görə hər birinizə dərin təşəkkürümüzü bildiririk.

Yanğın təhlükəsi ilə raslaşdığınız zaman aşağıdakı əlaqə nömrələrinə müraciət etməyinizi xahiş edirik: 101; 112

Keçidlər