Quba şəhərində növbəti reydlər keçirilmişdir.
04 sentyabr 2021 | 16:00
Quba Rayon İcra Hakimiyyətinin başçısı, rayon üzrə Operativ Qərargahın sədri cənab Ziyəddin Əliyevin və digər Qərargah üzvlərinin iştirakı ilə rayonda fəaliyyət göstərən bir sıra ictimai-iaşə, ticarət obyektlərində və turizm mərkəzlərində xüsusi karantin rejiminin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli Qərarının tələblərinə riayət olunmasının yoxlanılması məqsədilə növbəti dəfə reydlər keçirilmiş, sahibkarlara, müəssisələrdə çalışan əməkdaşlara və müştərilərə müvafiq tövsiyələr verilmiş, qaydalara əməl etməyənlər barədə qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə reydlər gündəlik olaraq keçiriləcəkdir.