Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidinin il mərasimində iştirak etmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri və bir qrup rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə rayonun Ağbil kəndində Vətən Müharibəsi şəhidi Bayraxtarov Batdal Mikail oğlunun il mərasimində iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə şəhidin xatirəsinə yaradılmış xatirə- bulaq kompleksinin açılışında iştirak etmişlər.
Kompleksdə kəndin Birinci Qarabağ Müharibəsindəki şəhidlərinin və rayonun Vətən Müharibəsindəki şəhidlərinin də xatirəsi əbədiləşdirilmiş,fotoşəkilləri əks olunmuşdur.
Kompleksin açılış mərasimində şəhid ailələri, qazilər, qonaqlar və kənd əhalisi də iştirak etmişlər.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən Müharibəsində qazandığı tarixi Zəfərdən, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısından ətraflı danışmış, Quba rayonunda şəhid ailələri və qazilərlə bağlı görülən işlərdən, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində indiyədək həyata keçirilən tədbirlərdən və gələcəkdə bu sahədə nəzərdə tutulan planlardan ətraflı bəhs etmişdir.
Digər çıxış edənlər də şəhidlərimizin qəhrəmanlığından ətraflı danışmış, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd etmişlər.
Məktəblilər şəhidlər barədə vətənpərvərlik mövzusunda şeirlər ifa etmişlər.
Sonda kompleksin açılışı olmuş, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhid ailələri və qazilərlə söhbət edərək, onlarla fotoşəkil çəkdirmişdir.