Şriftin ölçüsü :

Saytın rəngi :

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində olmuşdur.

14 oktyabr 2021 | 16:00

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Quba şəhərinin Heydər Əliyev prospektində fəaliyyətə başlayan ofisində olmuş, təşkilata kompüter dəsti və printer hədiyyə etmişdir.
RİH-nin başçısı cənab Ziyəddin Əliyev ofisdə yaradılan şəraitlə tanış olmuş, təşkilatın sədri, şəhid anası Tünzalə Abduləlimova ilə ətraflı söhbət aparmışdır. Görüşdə Quba Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak etmişlər.

Keçidlər