Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə.

22 oktyabr 2021 | 16:00

Əziz qubalılar,


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımıza, hər bir ölkə vətəndaşının sağlamlığına olan yüksək diqqətinin və qayğısının daha bir bariz nümunəsi olaraq 18 yanvar 2021-ci il tarixdən etibarən respublikamızda COVİD-19 pandemiyasına qarşı vaksinasiya prosesi başlamışdır. Vaksinasiya prosesi ölkə üzrə olduğu kimi rayonlarımızda da uğurla davam etdirilməkdədir.


İndiyədək rayon əhalisinin mütləq əksəriyyəti peyvənd vurdurmuşdur. Lakin, bəzi rayon sakinləri hələ də vaksinasiya prosesində iştirak etməmişlər. Artıq vətəndaşlarımızın üçüncü doza vaksinasiyasına başlanılmışdır.
Qeyd olunanları nəzərə alaraq birinci doza vaksin vurdurmayan 18-dən yuxarı yaşı olan rayon sakinlərini təcili olaraq birinci doza vaksin vurdurmağa, birinci dozadan sonra ikinci doza üçün 28-56 gün gecikmiş şəxslərin ikinci doza , 56 gündən artıq gecikənlərin yenidən birinci doza vaksin vurdurmağa, hər iki doza vaksin vurdurmuş şəxslərin isə ikinci doza peyvənd vurduqları tarixdən 150 gün keçdikdən sonra gücləndirilmiş doza -üçüncü doza vaksin vurdurmağa çağırırıq.

Keçidlər