Sakinlərin nəzərinə!
Əziz qubalılar
Respublikamızın hər yerində olduğu kimi Quba rayonunda da Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Silahlı Qüvvələrimiz tərəfindən doğma Vətən torpaqlarımızın düşmən işğalından azad olunmasının birinci ili 8 Noyabr Zəfər Günü böyük təntənə ilə qeyd olunacaqdır.
Bu əlamətdar bayram, Tarixi Zəfər Günü münasibətilə bütün qubalılardan xahiş edirik ki, bu gündən etibarən hər kəs öz evinin qarşısından , eyvanlardan, iş yerlərindən, bütün idarə, müəssisə və təşkilatların qarşısından Azərbaycan Respublikasının və qardaş Türkiyə Respublikasının Dövlət bayraqlarını assınlar.
Eləcə də, bütün rayon sakinlərini, 6 noyabr 2021-ci il tarixdə saat 14:00-da Quba ASAN Həyat kompleksinin qarşısında Zəfər Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək möhtəşəm bayram tədbirinə və konsert proqramına dəvət edirik. Hamıdan xahiş edirik ki, tədbirə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət bayraqları ilə gələsiniz.