Kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.
Əziz qubalılar,
31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 25 və 26 dekabr 2021-ci il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba Meydanı” mədəniyyət və istirahət parkının qarşısındakı hissəsində kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.
Yarmarkada məhsulların qiymətləri mövcud bazar qiymətlərindən xeyli ucuz olacaqdır.
Yuxarıda qeyd olunan tarixlərdə saat 08:00-dan başlayaraq gün ərzində davam edəcək yarmarkaya giriş ödənişsizdir.
Əziz qubalılar,
Sizlərin hər birinizi qarşıdan gələn əlamətdar bayramlar münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə möhkəm can sağlığı, xoşbəxtlik, bol-bol sevinc və yeni-yeni uğurlar diləyir və hər bir rayon sakinini bayram yarmarkasına dəvət edirik.
Hörmətlə,
Quba Rayon İcra Hakimiyyəti