Şriftin ölçüsü :

Saytın rəngi :

QIŞ MÖVSÜMÜNÜ VƏ YENİ İLİ YANĞINSIZ BAŞA VURAQ

30 dekabr 2021 | 16:00

QIŞ MÖVSÜMÜNÜ VƏ YENİ İLİ YANĞINSIZ BAŞA VURAQ

   Artıq havalar soyumağa başlamışdır.Bununla yanaşı şəhər və rayon ərazisində yanğın təhlükəsi artmışdır.Hamıya məlum olduğu kimi yanğınların baş verməsi müxtəlif səbəblərdən olur.Bir çox hallarda isə özümüzün ehtiyatsızlığı səbəbindən baş verir ki,onu da gec bildikdə və yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl etmədikdə ziyanla nəticələndiyinin şahidi oluruq.Ötən illərin qış fəsillərində şəhər və rayon ərazilərində baş vermiş yanğınların təhqiqatı zamanı müəyyən edilmişdir ki,yanğınların əksəriyyəti evlərdə quraşdırılan odun sobalarının düzgün quraşdırılmamasından baş verir. Qarşıdan yeni il gəlir. Evlərdə, məktəblərdə, uşaq bağçalarında, kütləvi insan toplanışı obyektlərində və digər yerlərdə şübhəsiz qaydada yolkalar qurulacaqdır.Ona görə də yerli Dövlət Yanğın Nəzarəti Orqanı aşağıda göstərilən yanğına qarşı norma və qaydalara əməl etməyə çağırır.
  -məktəblərdə, uşaq bağçalarında, klublarda, mədəniyyət evlərində, şəxsi və ictimai yaşayış evlərində və digər yerlərdə quraşdırılacaq yolkanı şənlik keçiriləcək mənzilin,otağın ortasında tərpənməyən möhkəm dayaq üzərində quraşdırmalı.
-yolkanın ətrafında sərbəst gəzmək və rəqs etmək məqsədilə bir metr enindən az olmayaraq dairəvi keçid saxlamalı.
-yolkaya tez alışan oyuncaq,şam və eləcə də digər təhlükəli bəzək işıqlandırıcı sistemin quraşdırılmasını qəti qadağan etməli.
-yolkanı yalnız elektrik işığı iə işıqlandırmalı və naqillər üzərində quraşdırılacaq elektrik lampaları 12 voltdan yuxarı olmamalıdır.
-yolkaya oddan qoruyucu məhlul hopdurulmuş pambıqla bəzədilməsinə icazə verilir.
-bütün giriş-çıxış yolları,keçidlər,koridorlar,pilləkənlər gediş-gəlişə uyğun olaraq açıq olmalıdır.
-yolka şənliyi keçiriləcək obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilər təyin edilməlidir.
-yeni il şənliyi keçiriləcək obyektlərdə ən azı iki ədəd təzə doldurulmuş odsöndürən balonlar, 200 ltr. su tutumu olan su ilə dolu çəllək, iki ədəd vedrə və digər yanğın söndürmə avadanlıqları ilə təmin edilməlidir.
   Bütün bunlarla yanaşı qış mövsümünün başlanması ilə əlaqədar ictimai,şəxsi yaşayış binalarının,müəssisə,təşkilat və digər ərazilərdə olan yanğın su hovuzlarının hər birini daima təmiz su ilə dolu saxlamaq tələb olunur.
Mövsümün başlanması ilə əlaqədar Şimal  Regional  Dövlət  Yanğın Nəzarəti İdarəsi  baş verə biləcək yanğınların qarşısının qabaqcadan alınması məqsədilə aşağıdakı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsini Sizdən tələb edirik.
-mənzillərdə quraşdırılan təbii qaz sobası və qaz piltələrinin üzərində iki ədəd qoruyucu ventil (açar) quraşdırmalı.
-qaz sobalarını yandırmazdan əvvəl mütləq qaydada otaqların qapı və pəncərələrini açmalı və sonra qeyd olunan cihazları yandırmalı.
-evlərdə,idarə və müəssisələrdə quraşdırılan və quraşdırılacaq odun və qaz sobalarının tüstü borularının çardağa çıxışını qəti qadağan etməli.
-evdən gedərkən bütün növdə olan elektrik,qaz və digər yanğın törədə biləcək cihazların tam söndürülməsinə nail olmalı.
-sobaların ağ neftlə,benzinlə və digər tez alışa bilən mayelərlə yandırılmasını qəti qadağan etməli.
-sobaların yandırılmasını az yaşlı uşaqlara və onu yandırmağı nabələd olan şəxslərə etibar etməyin.
-bir neçə elektrik cihazlarını eyni vaxtda cərəyan xəttinə qoşmağı qəti qadağan etməli,bu vəziyyətdə elektrik naqillərində həddindən artıq yüklənmə yaranır ki,bu da son dərəcə yanğına şərait yaradır.
-sobanın və tüstü borularının yaxınlığında paltar qurutmaq,odun yığmaq və digər tez alışa bilən mayelərin saxlanmasına qəti yol verməyin.
  Yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının yanından ötüb keçməyin.Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması yaşayış evinin,şəxsi əmlakın və işlədiyiniz idarə,müəssisəni mühafizə etmiş olursunuz. Yadda saxlayın ki,yanğının söndürülməsi yanğının tez aşkar olunmasından,yanğınsöndürən dəstənin vaxtında çağırılmasından və yanğınsöndürmə vəsaitlərindən bacarıqla istifadə edilməsindən daha çox asılıdır.
   Hər birimiz çalışmalıyıq ki, 2021-ci ili yanğınsız başa vuraq və 2022-ci ili xoş əhval-ruhiyyə ilə qarşılayaq.

  Yanğın baş verdikdə 101-ə və ya  112-yə zəng etməyi unutmayın!
                                                    

              Şimal Regional  Dövlət  Yanğın
Nəzarəti Dövlət  Yanğın Nəzarəti İdarəsi

Keçidlər