Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir
Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Müşavirədə rayonda COVİD-19 pandemiyasına qarşı vaksinasiya prosesinin gedişatı, inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına kitabların Statistika Komitəsinin elektron informasiya sisteminə daxil edilməsi istiqamətində aparılan işlər və digər məsələlər ətraflı müzakirə olunmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələr verilmişdir.
Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev geniş çıxış edərək ötən il rayonda görülən işlər barədə ətraflı məlumat vermiş, eləcə də qarşıda duran vəzifələr və cari ildə rayonda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə müşavirə iştirakçılarını məlumatlandırmışdır.
Müşavirədə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni sədri Fidan Nizami qızı Nəbizadə də rayon ictimaiyyətinə təqdim olunmuşdur.