Quba rayonunda qanvermə aksiyası keçirilir.
09:00-dan başlayaraq saat 18:00-dək Mərkəzi Qan Bankının Quba bölməsində Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçirilmişdir.
Qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, RİHB aparatının, eləcə də YAP Quba rayon təşkilatının kollektivləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları və xeyli sayda rayon sakinləri iştirak etmişdir.