Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
25 fevral 2022 | 16:00
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xocalı şəhərindən rayonumuzda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə Rayon İcra Hakimiyyətində pandemiya qaydalarına riayət etməklə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.