Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin nəzərinə.

09 mart 2022 | 16:00

Əziz qubalılar və rayonumuzun qonaqları,
15 və 16 mart 2022-ci il tarixlərdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” adlanan hissəsində xalqımızın ən qədim və əlamətdar bayramlarından biri olan Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçiriləcəkdir.
Yarmarka qeyd olunan tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcəkdir.
Yarmarkada satışa çıxarılacaq məhsulların qiymətləri mövcud bazar qiymətlərindən xeyli ucuz olacaqdır.
Hər bir rayon sakinini və rayonumuzun qonaqlarını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir və onları bayram yarmarkasına dəvət edirik.

Keçidlər