Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır.

15 mart 2022 | 16:00

Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” adlanan hissəsində xalqımızın ən qədim və əlamətdar bayramlarından biri olan Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 15 və 16 mart 2022-ci il tarixlərdə saat 09:00-dən etibarən gün ərzində davam edəcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev martın 15-də yarmarka ilə tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlar vermişdir.

Keçidlər