“Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Quba Palace” otelində “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini cənab Elçin Məmmədov, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab Elnur Məmmədov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini Tuğba xanım Sarıyönlü, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini cənab Gündüz İsmayılov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Azad Cəfərli, Azərbaycan Respublikasının Millət vəkilləri, YAP İdarə Heyətinin üzvləri, ölkədə yaşayan milli azlıqların icma rəhbərləri, tanınmış siyasətçilər, politoloqlar və media nümayəndələri iştirak etmişdirlər.
Konfras iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Quba Soyqırım Memorial Kompleksini ziyarət etmişlər.
.