Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba Soyqırım Memorial Kompleksində tədbir keçirilmişdir

31 mart 2022 | 16:00

31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba Soyqırım Memorial Kompleksində tədbir keçirilmişdir. Tədbirdə  Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi cənab Azad Cəfərli, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini Tuğba xanım Sarıyönlü, AMEA-nın üzvləri, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi cənab Azad Cəfərli rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

 

 

Keçidlər