Şriftin ölçüsü :

Saytın rəngi :

Yəhudi xalqının Pesax bayramı qeyd edilmişdir.

19 aprel 2022 | 16:00

Yəhudi xalqının Pesax bayramı ilə əlaqədar Quba rayonu Qırmızı Qəsəbədəki “Ağsaqqallar klubu”nda tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, YAP Quba rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və Qırmızı Qəsəbə sakinləri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Qırmızı Qəsəbədəki Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin abidəsinin qarşısına gül dəstələri qoymuşdur.

Keçidlər