ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.
10 fevral 2026-cı il tarixdə ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaqları Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, həmçinin azərbaycanlı jurnalist, tədqiqatçı, bələdçi və teleaparıcı Fuad Axundov müşayiət etmişdir.
Qonaqlar rayonun Qırmızı Qəsəbə qəsəbəsi, buradakı sinaqoqlar və Dağ Yəhudiləri Muzeyi, Quba şəhərində “Soyqırımı memorial kompleksi” və “Azərxalça” ASC-nin Quba filialı ilə tanış olmuşlar.








