Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Quba filialında 31-ci məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

24 iyun 2026 | 18:16
ADPU-nun Quba filialında 31-ci məzun buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
24 iyun 2026-cı il tarixdə Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Yaşıl teatr”da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 31-ci məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Azər Badamov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, filialın professor-müəllim və tələbə kollektivi, eləcə də valideynlər iştirak etmişlər.
Çıxışlarda məzunlar təbrik olunaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmış, ölkəmizdə həyata keçirilən gənclər və təhsil siyasətinin əhəmiyyətindən bəhs eolunmuşdur. Qeyd olunmuşdur ki, bilikli, vətənpərvər və peşəkar gənclərin yetişdirilməsi Azərbaycanın davamlı inkişafının əsas təminatlarından biridir. Fərqlənən məzunlara Fəxri Fərmanlar təqdim edilmiş, tədbir bədii hissə ilə davam etdirilmişdir.
Keçidlər