Şriftin ölçüsü :

Saytın rəngi :

Adur kəndində körpü istifadəyə verilmişdir.

09 sentyabr 2024 | 19:14

9 sentyabr 2024-cü il tarixdə Quba rayonunun Adur kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11 №-li xüsusi təyinatlı yol istismarı MMC tərəfindən qısa müddətdə inşası başa çatdırılan körpünün açılışı olmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul şəxsləri, 11 №-li xüsusi təyinatlı yol istismarı MMC-nin rəhbərliyi və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak etmişdir.

Kənd sakinləri körpünün ərsəyə gəlməsində əməyi olan hər bir şəxsə, xüsusən əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.

Keçidlər