Şriftin ölçüsü :

Saytın rəngi :

Afurca kəndində səyyar vətəndaş qəbulu keçirildi.

01 iyul 2026 | 17:04

Afurca kəndində səyyar vətəndaş qəbulu keçirilib.

1 iyul 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Güləzi kənd inzibati ərazi dairəsinin Afurca kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri barədə sakinlərə məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilmiş, səsləndirilən məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.
Kənd sakinləri göstərilən diqqət və qayğıya, onların problemlərinin həlli istiqamətində görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Səyyar qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Afurca kəndindəki Şəhidlər abidə-xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzmüşdür.

Keçidlər