Şriftin ölçüsü :

Saytın rəngi :

Alekseyevka kənd tam orta məktəbində üzgüçü ilə görüş keçirilib.

27 aprel 2026 | 15:43

Alekseyevka kənd tam orta məktəbində üzgüçü ilə görüş keçirilib.

 

27 aprel 2026-cı il tarixdə Alekseyevka kənd tam orta məktəbində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Quba rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə üzgüçü Cəmil Əliyevlə görüş keçirilmişdir.

Şagirdlər üçün motivasiyaedici və maarifləndirici xarakter daşıyaraq onların idmana marağının artırılması məqsədilə təşkil olunan tədbirdə qeyd olunan qurumların məsul şəxsləri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak etmişdir.

Çıxışlarda ölkəmizdə idman sahəsinə göstərilən dövlət qayğısından bəhs edilmiş, bu sahənin inkişafının əsası kimi Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi qeyd olunmuşdur.

Görüş zamanı Cəmil Əliyev öz həyat və idman yolu, əldə etdiyi nailiyyətlər, qarşılaşdığı çətinliklər və gələcək hədəfləri barədə ətraflı məlumat vermiş, şagirdlərlə səmimi fikir mübadiləsi aparmışdır. O, uğura aparan yolda zəhmətin, iradənin və məqsədyönlü fəaliyyətin vacibliyini xüsusi vurğulamışdır.

Qeyd edək ki, öz üzərində daim çalışan Cəmil Əliyev 2023-cü ildən etibarən 24 saat fasiləsiz üzməyi qarşısına məqsəd qoymuş və Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi ilə bu məqsədinə doğru inamla irəliləmişdir. O, 5 mart 2026-cı il tarixdə 10 saat fasiləsiz üzərək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmi təsdiqi ilə ölkə səviyyəsində rekord nəticə əldə etmişdir.

Keçidlər