Alekseyevka kəndində səyyar vətəndaş qəbulu keçirildi.
Alekseyevka kəndində səyyar vətəndaş qəbulu keçirilib.
26 fevral 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Alekseyevka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasət, regionların inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər və rayonda icra olunan abadlıq-quruculuq tədbirləri barədə vətəndaşlara ətraflı məlumat verilmiş, qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər dinlənilmiş, qaldırılan məsələlərin bir qismi yerində həll edilmiş, araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək icrası nəzarətə götürülmüşdür. Müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması və vətəndaşlara müəyyən edilmiş müddətlərdə cavab verilməsi üçün məsul şəxslərə konkret tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun Alekseyevka kəndində yaradılmış xatirə bulağının, Alekseyevka kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Rəhman Məmmədovun büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlərin xatirə guşəsinin önünə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişdir.








