Alekseyevka kəndində səyyar vətəndaş qəbulu keçirilib.
Alekseyevka kəndində səyyar vətəndaş qəbulu keçirilib.
25 dekabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alekseyevka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun Alekseyevka kəndində yaradılmış xatirə bulağı, Alekseyevka kənd tam orta məktəbin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Rəhman Məmmədovun büstü və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olmuşdur.