Şriftin ölçüsü :

Saytın rəngi :

Alekseyevka - Zizik avtomobil yolunun asfaltlanması işlərinə başlanılmışdır.

22 dekabr 2023 | 20:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli siyasəti sayəsində respublikamız, eləcə də bölgələrimiz uğurlu inkişaf yolu keçmiş, həyata keçirilən olduqca mühüm və geniş miqyaslı layihələr müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılmasına, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasına zəmin yaratmışdır.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun anası Nərgiz Allahyarovanın müraciəti əsasında  Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Saleh Məmmədovun müvafiq tapşırığı və dəstəyi ilə   Alekseyevka - Zizik avtomobil yolunun asfaltlanması  işlərinə  başlanılmışdır.  

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zizik kənd avtomobil yolunda aparılan işlərin gedişi ilə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

                Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vətən Müharibəsi Qəhrəmanı şəhid Şahin Allahyarovun ailə üzvləri və kənd sakinləri ilə də görüşərək onların qayğıları ilə maraqlanmış, şəhidin ailə üzvləri və kənd sakinləri onlara göstərilən yüksək diqqətə və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinə olan böyük ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə, həmçinin həyata keçirilən layihədə əməyi olan hər bir şəxsə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.

Keçidlər