Ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlarla görüş keçirildi.
Quba rayonu üzrə ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilində təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran və ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlar, həmçinin digər yüksək nəticələr göstərmiş şagirdlər ilə görüş keçirilib.
2026-cı il 1 sentyabr tarixində Quba rayonu üzrə ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilində təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran və ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlar, həmçinin digər yüksək nəticələr göstərmiş şagirdlər ilə görüş keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev məzunları, onların müəllimlərini və valideynlərini təbrik ediblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin təhsilə verdiyi xüsusi önəm ölkəmizdə öz müsbət nəticəsini verməkdə davam edir. Hazırda bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da inkişaf etdirilir.
Görüşdə tələbə adını qazanan məzunlar da çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara Quba Rayon İcra Hakimiyyətinin başçısı və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.








