Şriftin ölçüsü :

Saytın rəngi :

Alman Bundestaqının Hüquq siyasəti komitəsinin respublikamızda səfərdə olan nümayəndə heyəti Quba rayonuna səfər etmişdir.

02 mart 2024 | 16:54

2 mart 2024-cü il tarixdə Alman Bundestaqının Hüquq siyasəti komitəsinin respublikamızda səfərdə olan nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Səfərdə nümayəndə heyətini Almaniya Federativ Republikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ralf Horlemann və səfirlik işçiləri müşayət etmişdir. Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində görüş keçirilmiş, görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak etmişdir. Sonra qonaqlar Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsi ilə tanış olmuş, qəsəbə icmasının nümayəndələri ilə görüşmüşlər. Qonaqlar ölkəmizdə, eləcə də rayonumuzdakı tolerant mühitdən öz məmnunluqlarını bildirmişlər.

Keçidlər