Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Quba rayonuna səfər etmişdir.

04 may 2023 | 16:24

4 may 2023-cü il tarixdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Ralf Horlemannın rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Səfərdə cənab Ralf Horlemannı Almanıyanın Leypsiq Şəhər İcra Hakimiyyətinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri xanım Gabriele Goldfus da müşayət etmişdir. Səfər çərçivəsində qonaqlar Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevlə görüşmüş, “Qədim Quba” xalçaçılıq müəssisəsi, Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi və “Giləki” sinaqoqu ilə tanış olmuşlar.

Keçidlər