Şriftin ölçüsü :

Saytın rəngi :

Amsar kəndində səyyar vətəndaş qəbulu keçirilib.

17 mart 2026 | 12:50

Amsar kəndində səyyar vətəndaş qəbulu keçirilib.

17 mart 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Amsar kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Səyyar qəbulda Quba rayon prokuroru, Quba rayon Ağsaqqallar Şurasının sədri, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Abbasqulu Ağa Bakıxanovun ev muzeyi və Amsar kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə tanış olmuşdur.

Keçidlər