Antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçu Əliyev Altun Tağı oğlunun il mərasimi keçirilmişdir.
Antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçu Əliyev Altun Tağı oğlunun il mərasimi keçirilmişdir.
26 sentyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş hərbi qulluqçu Əliyev Altun Tağı oğlunun il mərasimi keçirilmişdir.
Şəhidimizin rayonun Təngəaltı kəndində keçirilən il mərasimində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, din xadimləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişlər.