Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə Aqrar Biznes Festivalı keçirilmişdir.

28 mart 2024 | 15:19

28 mart 2024-cü il tarixdə Quba “ASAN xidmət” mərkəzinin ərazisində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə Aqrar Biznes Festivalı keçirilmişdir. Festivaldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov tərəfindən Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri qoyulmuşdur.

Festivalın açılışında çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov və  Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivalının keçirilməsindən danışmış, tədbirin əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalarına əlçatanlığının təmin edilməsi olduğunu bildirmişlər.

Sonra isə festivalda sərgilənən innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlara, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsullarına baxış keçirilmişdir.

Keçidlər