Şriftin ölçüsü :

Saytın rəngi :

Aramsız yağışlar rayonda bir sıra fəsadlar törətmişdir.

25 may 2022 | 11:54
24.05.2022-ci il tarixdən başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları rayon ərazisində bir sıra fəsadlar törətmişdir.
Ağ çayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində, rayon mərkəzindən 13 km məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir.
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdir. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilmişdir.
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulmuş, körpü qəzalı vəziyyətə düşmüşdür.
Yaranmış vəziyyətlə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilmiş, aidiyyəti üzrə tapşırıqlar verilmiş, təbii fəlakətin fəsadlarının təcili aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar cəlb edilmişdir.
Keçidlər