Argentina Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri xanım Marianxeles Belluşi Quba rayonuna səfər etmişdir
14 may 2024-cü il tarixdə Argentina Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri xanım Marianxeles Belluşi Quba rayonuna səfər etmişdir. Səfir M.Belluşini onun müavini Viktor Marzari, Səfiriliyin İqtisadi və ticarət şöbəsinin rəhbəri konsul Leanardo Verteramo və şöbənin əməkdaşı Ülkər Həsənova müşayət etmişdir. Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudovla görüş keçirilmiş, görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavinləri iştirak etmişdir.
Sonra qonaqlar Quba şəhərində “ABAD Factory” istehsalat kompleksi, “Azərxalça” ASC-nin Quba filialı, dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsi, buradakı sinaqoqlar, Dağ Yəhudilərinin Muzeyi ilə tanış olmuş və icma üzvləri ilə görüşmüş, sonda isə rayonun Alekseyevka kəndində nümunəvi bağ sahəsi ilə tanış olmuşlar.
Qonaqlar ölkəmizdə, eləcə də rayonumuzdakı tolerant mühitdən, ölkələrimiz arasında müxtəlif sahələrdəki ikitərəfli əməkdaşlıqdan öz məmnunluqlarını bildirmişlər.